Hulusi Akar:"Azərbaycana hücum edənlər başlarından böyük işə girişiblər"

“Azərbaycanın acısı bizim acımızdır, bu acını dərindən hiss edirik”.

“Report” xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

“Hücum nəticəsində şəhid olan can qardaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa, qardaş Azərbaycan xalqına isə başsağlığı diləyirəm. Bunu dəqiqliklə bildirmək istərəm ki, Yuxarı Qarabağı heç bir hüquqi əsas və legitimliyə istinad etmədən işğal edən Ermənistana qarşı Azərbaycanın, azərbaycanlı silahdaşlarımızın sonunadək yanındayıq. Möhtərəm Prezidentimizin dediyi kimi, bu mənfur hücumu edənlər başlarından böyük işə girişiblər. Ermənistan qurduğu tələyə özü düşəcək”, – nazir əlavə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir