Humanitar yardım maşınları Qəzzaya daxil olmağa başlayıb

Fələstin Səhiyyə Nazirliyi oktyabrın 7-dən etibarən Qəzza bölgəsində 4385 nəfərin öldüyünü, 13651 nəfərin isə yaralandığını açıqlayıb.

Oktyabrın 21-də Misirlə Qəzza arasındakı Rəfah sərhəd keçidinin açıldığı bildirilir. “The Guardian” yazır ki, BMT, Misir, İsrail və ABŞ arasında aparılan danışıqların ardından açılan keçid məntəqəsindən tibbi vəsaitlər daşıyan 20 yük maşını Qəzzaya daxil olub.
Razılaşmaya əsasən sadəcə Misir Qırmızı Xaç Komitəsinə məxsus 20 yük maşını Fələstin Qırmızı Xaç Komitəsinə çatdırılacaq.
BMT rəsmisinin açıqlamasına görə, bazar ertəsinə qədər başqa humanitar yardımın göndərilməsinə icazə verilməyəcəyi gözlənilir.

İsrail höküməti növbəti yardımların göndərilməsi üçün humanitar ehtiyacların HƏMAS-ın əlinə keçmədiyinə dair sübutların ortaya qoyulmasını tələb edir.

Azpost.info

Əvvəlki məqalə

Ermənistanın basdırdığı minalar təhlükə yaratmağa davam edir –

Sonrakı məqalə

Fransa Ermənistana silah verilməsinə dair sazişi sabah rəsmiləşdirəcək