Ermənistanın basdırdığı minalar təhlükə yaratmağa davam edir –HİKMƏT HACIYEV

“Ermənistan Azərbaycanın əvvəllər işğal olunmuş torpaqlarında milyonlarla basdırıb və bu minalar mülki əhalinin və vəhşi heyvanların həyatını təhlükə altına almaqda davam edir”.

Bu barədə bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasındakı paylaşımında bildirib.

“Danışan Şəkillər! Azərbaycanın işğaldan azad edilmiş Laçın rayonunda minanın partlaması nəticəsində ölən ayı balasının qalıqları. Partlayış sahəsindən toplanmış minaların etiketləri onların 2021-ci ildə Ermənistanda istehsal olunduğunu göstərir. Ermənistan Azərbaycanın əvvəllər işğal olunmuş torpaqlarında milyonlarla basdırıb və bu minalar mülki əhalinin və vəhşi heyvanların həyatını təhlükə altına almaqda davam edir” – Hacıyev vurğulayıb.

Əvvəlki məqalə

Naxçıvanda toy keçirilən restoranda yanğın oldu –

Sonrakı məqalə

Humanitar yardım maşınları Qəzzaya daxil olmağa başlayıb