Hüquq müdafiəçiləri həbsdə olan Gədəbəyin sabiq icra başçısına baş çəkib

Bu gün hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə Qocamanlı və Əliməmməd Nuriyev Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı, hazırda həbsdə olan Saleh Rüstəmliyə baş çəkiblər.

Bu barədə APA-ya Əliməmməd Nuriyev məlumat verib. Ə. Nuriyev bildirib ki, S. Rüstəmli Penitensiar Xidmətin müalicə müəssisəsində ayrıca otaqda daim həkim nəzarətində saxlanılır: “Zəruri müayinələr aparılır və müalicə təyin olunub. Vəziyyəti orta stabildir, çəkisində müəyyən azalma müşahidə olunur. Azadlığa buraxılmasını xahiş edir. Hüquq müdafiəçiləri tərəfindən ona hüquqi vəziyyəti ilə bağlı bütün məlumatlar verilib, eyni zamanda sağlamlığına diqqət yetirməsi və aclığın ağır fəsadları diqqətinə çatdırılıb”.

Qeyd edək iki, Saleh Rüstəmli 2018-ci ildə həbs olunub, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Məhkəmə Əli Həsənovun dindirilməsi barədə vəsatəti təmin etməyib

Sonrakı məqalə

Helikopter qəzası ilə bağlı şahidlər dindirilib –