Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş qrant müsabiqəsində qalib olmuş “Hüquqi zəka” layihəsinin Hacıqabul mərhələsinə yekun vurulub.
Layihənin final oyununda 2 tur olmaqla komandalara 36 sual səsləndirilib və yarışma “Nə Harada Nə Zaman” formatında keçirilib.
Yekun nəticələrə əsasən Hacıqabul rayon 2 saylı tam orta məktəbin komandası- I Yer, Hacıqabul 1 saylı tam orta məktəbin komandası- II Yer, Hacıqabul Navahı qəsəbə 2 saylı məktəbin komandası III yerdə qərarlaşıb. Qalib komandaların üzvlərinə diplom, medal və kubok təqdim edilib.
Qeyd edək ki, layihənin Şirvan mərhələsi fevral ayının 5 və 6-sı tarixlərində keçiriləcək.







