“Hüquqi zəka” layihəsinin I turu keçirildi – FOTOLAR

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən  “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş qrant müsabiqəsində qalib olmuş “Hüquqi zəka” layihəsinin I turunun oyunu keçirilib. 

İlk öncə Azərbaycan Respublikasının himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.  Daha sonra layihə rəhbəri Nihad Əsgərov tərəfindən Azərbaycan Respublikası Gənclər Fondu haqqında layihə iştirakçılarına məlumatlar verilib.

Layihənin I mərhələsinin oyununda 2 tur olmaqla komandalara 36 sual səsləndirilib və yarışma  “Nə Harada Nə Zaman” formatında keçirilib.

Hacıqabul və Şirvan rayonlarında keçirilən layihənin əsas məqsədi region gəncləri arasında hüquqi biliklərin artırılması, Konstitusiya dəyərlərinin və ümummilli lider Heydər Əliyev irsinin və ulu öndərin həyat və fəaliyyəti kimi mövzularda gənclərin məlumat bazasını artırmaq və bu məlumatları interaktiv formatda gənclərə aşılamaqdır.

Fotolar

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.