Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş qrant müsabiqəsində qalib olmuş “Hüquqi zəka” layihəsinin Şirvan mərhələsinə yekun vurulub.
Bu barədə layihə rəhbəri Nihad Əsgərov bildirib. Onun sözlərinə görə, layihənin ümumi oyunun nəticələrinə əsasən ən çox xal toplayan Şirvan şəhər 18 saylı tam orta məktəbin komandası-I yer, Şirvan şəhər 1 saylı tam orta məktəbin komandası- II yer, Şirvan şəhər 21 saylı tam orta məktəbin komandası- III yerə yüksəlib. Qalib komandaların üzvləri diplom, medal və kubok ilə mükafatlandırılıb.












