“Hərbi baxımdan Rusiyadan güclüyük”- NATO Baş katibi

NATO Baş katibi Yens Stoltenberq Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Alyansın hərbi ehtiyatlarla bağlı problemlərindən danışıb və əlavə edib ki, hərbi-siyasi blok Rusiyadan güclüdür.

Azpost.info xəbər verir ki, onun sözlərinə görə, bu çatışmazlıqları Ukraynadakı münaqişə üzə çıxarıb və hazırda Alyans hərbi istehsalı artırmaqla məşğuldur.

“NATO dünyanın ən böyük hərbi qüvvəsidir, o, dünyanın hərbi gücünün təxminən yarısını təmsil edir. Hərbi baxımdan biz Rusiyadan güclüyük”, – Baş katib deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.