Hərbi jurnalist Ədil Arifoğlu vəfat edib

Azərbaycanda hərbi jurnalist Ədil Arifoğlu 56 yaşında vəfat edib.

Bununla bağlı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi hərbi jurnalist Ədil Arifoğlunun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Ə.Arifoğlu uzun illər Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Hərbi vətənpərvərlik baş redaksiyasının baş rejissoru kimi çalışıb.

Ədil Arifoğlu həm Birinci, həm də İkinci Qarabağ müharibəsində hərbi jurnalist kimi iştirak edib, qızğın döyüşləri ön cəbhədə lentə alıb.

Allah rəhmət eləsin!

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.