Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Hərbi qulluqçuların vəzifələri artırılır

Orkhan Ali 05 Aprel 2024 - 13:44 (Last updated: 21 May 2025 - 20:15)
milli meclis

Azərbaycanda hərbi qulluqçuların vəzifələri artırılır.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Bu vəzifələr sırasına silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsini beynəlxalq qaydalarını öyrənmək və ona riayət etmək daxil edilir.

Daxil olmuş qanun layihəsi 1954-cü il tarixli “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasına dair İkinci Protokolunda nəzərdə tutulmuş mədəni sərvətlərin qorunmasına dair müddəaların milli qanunvericilik aktlarına daxil edilməklə onların icrasının təmin edilməsi üçün hüquqi əsasın yaradılması məqsədi ilə hazırlanıb.

Qanun layihəsində silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsinin beynəlxalq qaydalarının öyrənilməsi və onlara riayət edilməsi vəzifəsinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına tapşırılması, silahlı münaqişə zamanı daşınar mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsində fərqləndirici emblemlə işarələnmiş nəqliyyat vasitələrindən istifadə olunması imkanının təsbit edilməsi, ekstradisiyadan imtinanın hüquqi əsaslarının genişləndirilməsi, habelə Azərbaycan xalqının milli mədəni və təbii irsinə aid obyektlərə xüsusi mühafizə və ya gücləndirilmiş mühafizə statusunun verilməsinə dair tələbləri nəzərdə tutan normalar öz əksini tapıb.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Post navigation

Previous: “Ərzaq bazarlarında vəziyyət heç də ürəkaçan deyil”
Next: Türkiyə Avropada Adi Silahlı Qüvvələr haqqında müqavilədən çıxıb

Oxşar xəbərlər

ceyhun ukr
  • Siyasət

“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov

User 23 Oktyabr 2026 - 13:38
ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44

xƏBƏR

dron hava sari
  • Dünya

Hava şarları ilə idarə olunan PUA-lar Moskva aeroportlarına hücum edib

User 23 Oktyabr 2026 - 18:37
Ukrayna ordusu hava şarları ilə idarə olunan PUA-larla Moskva hava limanlarına hücum edib. PUA-lar Vnukovo, Domodedovo və...
Read more about Hava şarları ilə idarə olunan PUA-lar Moskva aeroportlarına hücum edib
“Putin, Tramp və Çin Sədrinin görüşü dünyanın taleyini həll etməyəcək” – KREML peskov
  • Dünya

“Putin, Tramp və Çin Sədrinin görüşü dünyanın taleyini həll etməyəcək” – KREML

User 23 Oktyabr 2026 - 18:05
Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq melani esas
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq

User 23 Oktyabr 2026 - 17:33
LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı 5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08
Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama asif
  • Sosial

Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama

User 23 Oktyabr 2026 - 16:45
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.