“İki dəfə “Semaşko”ya apardılar yer olmadı”-

Koronavirusdan vəfat edən jurnalistin xanımı
15 Dekabr 2020 - 12:23

Hərbi ekspert, “AzeriDefence” jurnalının bas redaktoru Rəşad Süleymanov koronavirusdan vəfat edib.

Bunu Bizimyol.info-ya R.Süleymanovun həyat yoldaşı Zümrüd Süleymanova bildirib.
“Rəşadın səhhəti hər gün ağırlaşırdı. İki dəfə Rəşadı “Semaşko”ya (1 saylı Kliniki Tibbi Mərkəzinə) apardılar. Amma yer olmadığı üçün evə qaytardılar. Bu gün səhər saatlarında evdə vəfat etdi”,-deyə Z.Süleymanova bildirib.