Vətən müharibəsində şəhid olmuş hərbçilərlə bağlı yeni rəsmi məlumat yayıldı

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Vətən müharibəsində 2783 nəfər şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları barədə 3 dekabr 2020-ci il tarixli məlumatına əlavə olaraq bildiririk ki, dekabrın 15-dək 2756 şəhidimiz dəfn edilib.

Müdafiə Nazirliyinin (MN) verilən məlumata görə, dəfn edilmiş şəhidlərimizin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş məlumat təqdim olunur.

“İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və şəxsiyyəti müəyyən olunmayan şəxslərin identifikasiyası üzrə işlər davam etdirilir.

Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəkdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!”, – deyə bildirilib. 

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Jurnalist Rəşad Süleymanov koronavirusdan vəfat edib

Sonrakı məqalə

“İki dəfə “Semaşko”ya apardılar yer olmadı”-