I sinfə qəbullarda narazı valideynlər üçün önəmli xəbər

Məktəbli
Məktəbli

2025-2026-cı tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi mayın 6-da başlanıb və hələ davam edir. AzPost xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Agentlikdən bildirilib ki, rus bölməsi üzrə müsahibələr 31 may tarixində tamamlanıb. Övladlarının qiymətləndirilməsindən narazı olan valideynlərin müraciətlərinə isə 3 iyun tarixinədək baxılacaq.

Eyni zamanda, 17 iyun saat 11:00-dan 12 sentyabr saat 18:00-a qədər müsahibədən uğurla keçən uşaqlar üçün dövlət ümumitəhsil müəssisələrinin tədris dili fərqli olan birinci siniflərinə qəbul məqsədilə məktəb və müəllim seçimi üçün sorğular qəbul ediləcək.

Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərlərində isə 17 iyun saat 11:00-dan 17 iyul 2025-ci il saat 10:59-dək prioritet əsasında məktəb və müəllim seçimi həyata keçiriləcək. Bu proses valideynlərin seçim hüququnu daha da genişləndirir və elektron qaydada aparılır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.