İbtidai sinif müəllimlərinin I forumu keçiriləcək

Aprelin 15-də Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən ibtidai sinif müəllimlərinin I forumu keçiriləcək.

İnstitutdan bildirilib ki, onlayn forumda Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova müəllimləri “Təhsilverənlərin sertifikatlaşdırılması imtahanında metodika və pedaqogika üzrə qiymətləndirmə” mövzusu barədə məlumatlandıracaq.

Forumun məqsədi sertifikasiya prosesinə hazırlaşan müəllimləri məlumatlandırmaq və onlara onlayn dəstək göstərməkdən ibarətdir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.