icaze.e-gov.az portalı 14-16 iyun tarixlərində yenidən aktivləşdiriləcək

Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində hərəkət icaze.e-gov.az portalından əldə edilən icazələr əsasında tənzimlənəcək.

APA-nın məlumatına görə, bunu “ASAN Xidmət”in mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev deyib.

O qeyd edib ki, fəaliyyətinə icazə verilən sahələr üzrə qurum və ya təşkilatlar portala indidən daxil olaraq əməkdaşlarının icazələrini “Aktivləşdir” düyməsi vasitəsi ilə aktivləşdirə bilər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir