“İcbari Sığorta Bürosu hansı hüquqla özəl məlumatlarımı sığorta şirkətlərinə verir? –EKSPERTDƏN ETİRAZ

İqtisadçı-ekspert Samir Əliyev “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətini onun fərdi məlumatlarını yaymaqda ittiham edib. 
Azpost.info bildirir ki, ekspert bu barədə paylaşım edib.
Onun sözlərinə görə, “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin əməkdaşı ona zəng vuraraq avtomobilin sığorta müddətinin bitməsini bildirib. S.Əliyev sığorta vaxtının bitməsinə xeyli vaxt qaldığını bildirsə də əməkdaş cərimələrlə qorxutmağa başlayıb: “Dedi ki, əvvəllər kameraya düşmək ehtimalı yüksək deyildi, amma indi cərimələr sürücünün FİN-nə yüklənir və s. Açığı bir neçə dəfə soruşdum amma heç nə başa düşmədim. Təbii ki, hüququ bildiyim üçün onun müştəriləöri qorxutmaq hərəkətini tənqid etdim. Cavab belə oldu ki, bizi məcbur edirlər ki, sizə zəng vuraq. Çünki qanuna görə sığorta məcburidir. Əlbəttə xanıma sığortanın icbari olmasına rəğmən müştəriyə zəngin icbari olmadığını izah etməyə çalışsam da faydası olmadı”.
Onun sözlərinə görə, əgər sığorta barədə anlayışım olmasaydı zəngdən sonra iş-gücünü atıb gərək maşını sığortalatmalı imiş: “Əminəm ki, bu tip psixoloji basqı və səhv məlumat verməklə xeyli insan aldadılır və onlar qorxusu üzərində qazanc əldə edirlər. İşini ləyaqətlə yerinə yetirən xeyli sığorta agenti tanıyıram və belələri onların işinə daim kölgə salır”.
Ekspertin sözlərinə görə, digər məsələ İcbari Sığorta Bürosunun (İSB) məlumat bazasına çıxışla bağlıdır: “Maşın mənim özəl mülkiyyətimdir.  İSB-yə kim haqq verir ki, mənim məlumatlarımı sığorta şirkətlərinə, sığorta şirkətləri isə kimə gəldi versin. Niyə bu məlumat bazası açıq olmalıdır?  Kimsə mənə zəng vururb sığorta barədə mənə məlumat verməlidir. Ola bilər maşınımı A şirkətində sığorta etmişəm. Bu halda niyə mənə A şirkəti yox. B, C və ya D şirkətinin işçiləri zəng vurmalıdır? Niyə mənim icazəm olmadan şəxsi mobil telefon nömrəm, maşınımın markarı, nömrəsi kiminsə əlinin altında olmalıdır? Sabah da fərdi mənzilə görə analoji zənglər olacaq və insanlar qorxudularaq sığorta ediləcək”.
S.Əliyevin fikrincə, bütün bunlar həm vətəndaş olaraq Konstitusiya hüququnu, həm də istehlakçı hüquqlarını pozur.
Azpost.info
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.