İcbari Tibbi Sığorta Agentliyi son üç ilin maliyyə hesabatlarını açıqlamayıb

İcbari Tibbi SIğorta
İcbari Tibbi SIğorta

İcbari Tibbi Sığorta Agentliyi son üç ilin maliyyə hesabatlarını açıqlamayıb.

APA-Economics” xəbər verir ki, Agentliyin dərc etdiyi sonuncu maliyyə hesabatı 2021-ci ilə aiddir. Bu isə o deməkdir ki, “Mühasibat uçotu haqqında” Qanunun 12-ci və 13-cü maddələrinin tələbləri pozulub.

Sözügedən maddələrə əsasən, dövlət büdcəsindən maliyyələşən qurumların illik maliyyə hesabatları ictimaiyyət üçün açıq olmalı və müəyyən olunmuş qaydada açıqlanmalıdır. Qanun tələblərinin pozulması dövlət təşkilatı və onun vəzifəli şəxsləri qarşısından İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyət yaradır.

Hesabatların açıqlanmaması həmçinin dövlət qurumu üçün şəffaflıq və etimad itkisinə səbəb olur. Beynəlxalq hesabatlılıq (INTOSAI, IMF, Dünya Bankı) çərçivəsində bu hal maliyyə intizamının pozulması kimi qiymətləndirilir.

Xatırladaq ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti İcbari Tibbi Sığorta Agentliyində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) maliyyə yoxlamalarına başlayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.