İcra Baş İdarəsinin rəisi:"Aliment qərarlarının 10 faizinin icrasında problem yaranır"

Azərbaycanda məhkəmələr tərəfindən çıxarılan aliment qərarlarının 10 faizinin icrasında problemlər yaranır.

Bunu Trend-ə açıqlamasında Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayev deyib.

Onun sözlərinə görə, son vaxtlar alimentlə bağlı məhkəmə qərarlarının icrasına nəzarət daha da gücləndirilib: “Hazırda alimentlə bağlı qərarların demək olar ki, 90 faizi icra olunur. Haradasa, 10 faiz qərarlar icra olunmamış qalır. Bu da bizdə narahatlıq doğurur. İcra olunmamanın səbəbləri əsasən borcluların icradan yayınması ilə bağlıdır. Yəni həmin şəxsin ölkə hüdudlarından kənarda olması, axtarışa verilməsi onun alimentdən yayınmasına gətirib çıxarır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Oğlu Oqtay Gülalıyevin səhhəti ilə bağlı yazdı: 

Sonrakı məqalə

Bakı-Sumqayıt yolunun genişləndirilməsinə başlandı-