İcra başçısının sifariş verdiyi tender ləğv edildi

Gədəbəy rayon İcra Hakimiyyətinin sifarişçi olduğu satınalma ləğv edilib.
Ləğv edilən satınalma “Gədəbəy Rayon İcra Hakimiyyətinin inzibati binasında və Gədəbəy Rayon Dövlət Arxivində təmir işləri” lotu üzrə olub.
Satınalma Nəzarət Orqanının qərarı əsasında ləğv edilib.
Qeyd edək ki, Gədəbəy rayon İcra Hakimiyyətinin tender komissiyasının sədri Nizami Piriyevdir. N.Piriyev həm də Gədəbəy rayon İcra Hakimiyyətində sektor müdiri-baş mühasib vəzifəsində çalışır.
Xatırladaq ki, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovdur. (Qlobal.az)
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.