“İçərişəhər”dəki muzeylərin fəaliyyəti dayandırılıb

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindəki muzeylərin fəaliyyəyi dayandırılır.

Bu barədə İdarənin mətbuat xidmətindən bildirilib. Verilən məlumata görə, COVİD-19 (koronavirus) virusuna qarşı ölkəmizdə aparılan müvafiq profilaktik tədbirlərin gücləndirilməsi çərçivəsində Nazirlər Kabineti yanında operativ qərargahın 13 mart tarixli bəzi izolyasiya tədbirləri barədə göstərişlərinə əsasən İçərişəhərdə yerləşən İdarənin strukturuna daxil olan bütün muzeylərin fəaliyyəti 14 mart tarixindən müvəqqəti olaraq dayandırılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir