Dünya idman tarixinin ən bahalı müqaviləsi imzalanıb.
Apasport.az saytının məlumatına görə, bu anlaşma amerika futbolu üzrə “Kanzas Siti Çifs” klubu ilə oyunçusu Patrik Maxoums arasında bağlanıb.
10 illik müqavilə 2022-ci il mövsümündən qüvvəyə minəcək. Milli Futbol Liqası anlaşmanın ümumi məbləğinin 503 milyon dollar olduğunu açıqlayıb.