Azərbaycan 2025-ci ilin 11 ayında 442,4 milyon dollar dəyərində ət, süd, kərə yağı və kəsim üçün diri heyvanlar idxal edib.
AzPost bildirir ki, bunu kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyib.
Ekspertin sözlərinə görə bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21% çoxdur.
“Son 3 ildə isə eyni adda məhsulların idxalı üçün ölkədən çıxarılan valyutanın məbləği 53% artıb”-deyən V.Məhərrəmli vurğulayıb ki, ümumilikdə Azərbaycan kəndlilərinə çatacaq 2 milyard 334 milyon 941 min dollar (3,9 milyard manat) vəsait əcnəbi fermerlərə qismət olub.