Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun oyunçusu Kriştiano Ronaldo Ramazan ayında gecə məşq etməyin onu heyrətləndirdiyini deyib.
Azpost.info bildirir ki, Ronaldo bu barədə “Record”a açıqlamasında deyib.
“Səudiyyə Ərəbistanında oynayarkən qarşılaşdığınız ən böyük problem nədir?” sualına cavab verən ulduz futbolçu deyib ki, Avropada biz daha çox səhərlər məşq edirlər: “Avropa futbolunda da həmişə müəyyən çətinliklər olur. Fakt budur ki, Avropada biz daha çox səhərlər məşq edirik, burada isə Ramazan ayında günorta və hətta gecələr məşqə çıxırdıq. Ramazan başlayanda bəzən saat 22:00-da məşq edirdik. Bu mənə çox qəribə gəlir. Ancaq bu təcrübə, xatirələr və tamamilə yeni bir vəziyyətdir. Mən bu şəkildə yaşamağı sevirəm, çünki biz yeni mədəniyyəti öyrənirik.
Bəli, bu çətindir, amma indiyə qədər yaşamadığım heç nə yoxdur”, – “Əl-Nəsr” forvardı bildirib.
Azpost.info