“İğtişaşlar bir neçə il xarici qüvvələr tərəfindən hazırlanıb”- Özbəkistan prezidenti

“Qaraqalpaq muxtariyyətinin paytaxtı Nukusda iğtişaşlar bir neçə il xarici qüvvələr tərəfindən hazırlanıb”.

Azpost.info xəbər verir ki, bunu Özbəkistan prezidenti Şavkat Mirziyoyev Daşkənddəki iclasda bildirib.

“Təbii ki, bu hadisələr bir günə, on günə hazırlanmayıb. Bu aksiyalar illərdir xarici qüvvələr tərəfindən hazırlanıb. Onların əsas məqsədi Özbəkistanın ərazi bütövlüyünə qəsd etmək və millətlərarası münaqişə yaratmaqdır”, – Mirziyoyev deyib.

Prezident qeyd edib ki, istintaq qrupu hadisələri araşdırır, lakin buna ictimaiyyət nümayəndələrini, deputatları, fəalları cəlb etmək lazımdır.

Mirziyoyevin sözlərinə görə, hüquq-mühafizə orqanlarının hərəkətlərini diqqətlə təhlil etmək lazımdır: “Onlar qanunsuz güc tətbiq ediblərsə, qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilməlidirlər”.

“Hazırda Qaraqalpaqda vəziyyət sabitdir. Əsas odur ki, əhalinin əmin-amanlığına heç nə təhlükə yaratmır. İqtisadiyyatın bütün sahələri, xidmət sahələrinin obyektləri normal işləyir. İnsanlar gündəlik işlərlə, təsərrüfatla məşğuldurlar”, – Özbəkistan prezidenti bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.