İğtişaşlarda xarici dövlətlərin əli var –Tehran valisi

Tehranda baş verən iğtişaşlarda bəzi xarici dövlətlərin xüsusi xidmət orqanlarının və səfirliklərinin əli olduğu açıq-aşkar şəkildə özünü göstərir.

Bu barədə Tehran valisi Möhsün Mənsuru özünün tviter hesabında yazıb. Vali qeyd edib ki, polis sabitliyi pozan bir sıra adamları həbs edib. Həbs olunanlar arasında 3 nəfər xarici dövlətin vətəndaşı var. Bu isə onu deməyə əsas verir ki, İranda ixtişaşların yaranmasında bəzi xarici dövlətlər maraqlıdırlar.

Nəzərə çatdıraq ki, sentyabrın 16-da Tehranda 22 yaşlı Məsihi Əmini adlı qız baş örtüyünü düzgün örtmədiyi üçün polis şöbəsinə aparılıb. Şöbədə qız özünü pis hiss edib və xəstəxanaya aparılıb və bir neçə saatdan sonra xəstəxanada ölüb.

Artıq 4-cü gündür ki, İranın Məşhəd, Tehran, Rəşt, İsfahan və digər şəhərlərində kütləvi aksiyalar keçirilir. Aksiya iştirakçılarının çıxışları dağıntılarla müşahidə olunur. Artıq polis və aksiyaçılar arasında baş vermiş ixtisaslarda xəsarət alanlar var. Məşhəddə hadisə yerinə gələn polisə və təcili tibbi yardım xidmətinə məxsus olan avtomobil yandırılıb.

Əvvəlki məqalə

Leyla Əliyeva onkoloji xəstə olan uşaqlarla görüşüb

Sonrakı məqalə

Makron İran prezidentini Fransaya dəvət etdi: