Makron İran prezidentini Fransaya dəvət etdi:“Regional məsələlərdə əməkdaşlıq edək”

“İran ədalətli və möhkəm nüvə sazişinin əldə olunmasına hazırdır”.

Azpost.info İRNA-ya istinadən bildirir ki, bu sözləri prezident Rəisi ABŞ-da Fransanın dövlət başçısı Makron ilə görüşü zamanı bildirib.

Rəisi deyib ki, ABŞ nüvə sazişi ilə bağlı əldə edilmiş razılaşmadan çıxmaqla öz öhdəliklərini pozub. “Vaşinqtonun sazişi birətərfli qaydada tərk etməsini nəzərə alaraq İran hesab edir ki, sazişlə bağlı təminatların verilmə istəyi anlaşılan tələbdir”.

Rəisi Avropanın üç dövlətinin MAQATE-dən anti-iran qərarlarının verilməsi xahişini davam edən nüvə danışıqları fonunda vəziyyəti ağırlaşdıran qeyri-konstruktiv yanaşma kimi qiymətləndirib.

Makron nüvə danışıqları ilə bağlı bildirib ki, İranın MAQATE-nin tələblərini yerinə yetridiyi, Avropa ölkələrinin isə öz öhdəliklərini icra etməməsi faktdır.

Fransa prezidenti deyib ki, nüvə danışıqlarında ardıcıllıq mühüm amildir. “İran və MAQATE əməkdaşlıq edərək cari məsələləri həll edə bilər. Biz bu əməkdaşlığa siyasi təzyiq tətbiq etməyəcəyik”.

Makron İran prezidentini Fransaya səfərə dəvət edib: “Biz iqtisadi və regional məsələlər barədə əməkdaşlığımızı genişləndirə bilərik”-deyə Fransa prezidenti bildirib.

Əvvəlki məqalə

İğtişaşlarda xarici dövlətlərin əli var –

Sonrakı məqalə

Valyuta məzənnələri