II Şuşa Qlobal Media Forumu işə başlayır

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçiriləcək “Qlobal Media Forumu”nun iştirakçılarını gətirən təyyarə Füzuli Beynəlxalq Havalimanında yerə enib.

Buradan isə qonaqlar onlar üçün ayrılmış xüsusi avtobuslarda Şuşa şəhərinə yola düşəcək.

Qeyd edək ki, 20-22 iyul tarixlərində təşkil olunacaq forumun işində 50-ə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun nümayəndəsinin iştirakı nəzərdə tutulub.

Xatırladaq ki, I Şuşa Qlobal Media Forumu ötən il iyulun 21-23-də keçirilib. “4-cü Sənaye inqilabı dövründə yeni media” mövzusunda I Media Forumunun açılış mərasimində Prezident lham Əliyev iştirak edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.