III MDB Oyunları: Kişilərdən ibarət Azərbaycan millisi voleybolda ilk qələbəsini əldə etdi

Bu gün III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında voleybol yarışları davam edib.

AzPost xəbər verir ki, A qrupunda yer alan kişilərdən ibarət Azərbaycan millisi Qırğızıstana 3:0 hesabı ilə qalib gəlib.

Günün digər oyununda A qrupunda mübarizə aparan Rusiya Özbəkistandan üstün olub – 3:1.

Xatırladaq ki, dünən qadınlardan Azərbaycan voleybol millisi Tacikistana qalib gəlmişdi – 3:0.

 

 

 

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.