İki Afrika dövləti Nigerə qarşı hərbi əməliyyat hazırlayıb

“İki Mərkəzi Afrika dövləti Nigerə qarşı hərbi əməliyyat üçün qüvvələrin ilkin yerdəyişməsinə başlayıb”.

Azpost.info xəbər verir ki, bunu ölkədə hakimiyyəti ələ keçirmiş qiyamçılar deyib.

“Nigerə hərbi müdaxilə planı artıq hazırlanıb. Mərkəzi Afrikanın iki ölkəsində qüvvələrin ilkin transferinə başlanılıb. Nigerin daxili işlərinə hər hansı müdaxilə bütün regionun sabitliyi üçün fəlakətli nəticələrə səbəb olacaq. İşğal halında Niger silahlı qüvvələri bütün xalqın dəstəyi ilə ərazi bütövlüyümüzü müdafiə etməyə hazırdır”, – qiyamçılar bildiriblər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.