2022-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 7 milyard manatlıq, o cümlədən 3,9 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları satılıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,6 faiz artıb.
Bundan başqa, həmin dövr ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,4 faizi ərzaq məhsullarının, 6 faizi içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.