“İki ildən sonra müəllimlərin maaşı 1000 manatdan yuxarı olacaq” –NAZİR

Son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqı məbləği 3 dəfə artıb.

Bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinqdə deyib.

O bildirib ki, sonuncu artımla müəllimlərin orta aylıq əmək haqqı 790 manata çatıb: “İki-üç ildən sonra müəllimlərin orta aylıq maaşının 1000 manatdan yuxarı olacağını gözləyirik. Hazırda 4 müəllimdən birinin maaşı 1000 manatdan artıqdır”.

Qeyd edək ki, fevralın birindən diaqnostikası aparılan müəllimlərin maaşı 10 faiz artıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.