İki marşrutun hərəkət sxemində dəyişiklik edilib

53 nömrəli müntəzəm marşrutun hərəkət sxemində dəyişiklik edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, sərnişinlərdən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, avtobuslar başlanğıc dayanacaq məntəqəsi “Elmlər Akademiyası” metrostansiyası, son daynacaq məntəqəsi isə Əhəd Yaqubov küçəsi (Bayıl) olmaqla Badamdar şosesi ilə hərəkət edəcək.

4 nömrəli müntəzəm marşrutunun istismarı isə “BakuBus” MMC-yə həvalə edilib. Həmçinin marşrutun hərəkət istiqaməti dəyişdirilərək Bakı Ağ şəhər yaşayış sahəsinə yönləndirilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.