İki müavini və köməkçisi olmayan icra başçısı kimdir?

Elçin Rzayev
Elçin Rzayev

İmişli rayonu İcra hakimiyyətində başçının iki müavini və köməkçi postu boşdur. AzPost RİH-nin rəsmi saytna istinadla xəbər verir ki, Başçının müavini, Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, Başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, RİH başçısının köməkçisi vəzifələrinə təyinat olmayıb.

Bundan əlavə Ərazi idarəеtmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbələrinin baş məsləhətçisi, Mеmarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi (mühəndis) ştatlarında işləyən yoxdur.

Qeyd edək ki, İmişli rayonu İcra hakimiyyətinin başçısı Elçin Rzayevdir. O, 21 may 2020-ci ildə bu vəzifəyə təyin olunub. O hazırda həbsdə olan sabiq başçı Vilyam Hacıyevi əvəz edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.