Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

İki nazirlikdən əhaliyə birgə

Orkhan Ali 15 İyul 2024 - 10:40 (Last updated: 21 May 2025 - 20:15)
17210230125150441628_1200x630

Yay fəslində, o cümlədən turizm və taxıl biçini mövsümündə havaların xüsusilə isti və quru olduğu günlərdə yanğınların başvermə ehtimalı artır.

Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri bununla bağlı əhaliyə birgə müraciət ediblər. Müraciətdə deyilir:

“Aidiyyəti qurumlar tərəfindən aparılan genişmiqyaslı maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd etməliyik ki, meşə və kənd təsərrüfatı sahələrində baş vermiş yanğınların təhlili onların əsas səbəbinin insanların yanğın təhlükəsizliyi qaydalarına riayət etməməsi, o cümlədən biçindən sonra bəzi fermerlər tərəfindən sahələrin yandırılması, təbiət qoynunda istirahət edən insanların odla ehtiyatsız davranışı olduğunu göstərir. Nəzərə almaq lazımdır ki, ən kiçik ehtiyatsızlıq belə əhalinin ərzaq təminatı, ölkənin torpaq fondu, meşə sahələri, flora və fauna üçün ağır fəsadlarla nəticələnə bilər.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri əhaliyə, o cümlədən fermerlərə, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan sahibkarlara və təbiət qoynunda istirahət edən vətəndaşlara müraciət edərək, onları isti keçən və insanların təbiətdəki aktivliyinin artdığı bu mövsümdə yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət etməyə çağırır. Ölkəmizə, həmçinin insanların həyat və sağlamlığına zərər vurmamaq üçün taxıl zəmilərində və meşələrdə açıq alovdan istifadə etməyin, bu ərazilərdə tonqal qalamayın, tam söndürülməmiş siqaret kötüyü və ya kibriti, yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab və şüşə qırıntılarını ətrafa atmayın. Küləkli havada xüsusilə diqqətli olun. Kiçik yanğın ocağı görərsinizsə, su, torpaq və ya qum ilə onu söndürməyə çalışın. Yanğın, yaxud onun əlamətlərini aşkarlasanız bu barədə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verin”.

Post navigation

Previous: “Tramp sağ qaldığına inanmır, Allahın hədiyyəsi sayır” –
Next: 2080-ci ildə dünya əhalisinin sayı 10 milyarda çatacaq

Oxşar xəbərlər

kredit
  • Sosial

İpoteka Fondunda ekspertlərlə görüş keçirilib

User 29 Oktyabr 2026 - 14:42
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 29 Oktyabr 2026 - 14:03
mektebli
  • Sosial

Məktəbdə jurnalistləri döyən şagird boksçu imiş

User 29 Oktyabr 2026 - 13:26

xƏBƏR

kredit
  • Sosial

İpoteka Fondunda ekspertlərlə görüş keçirilib

User 29 Oktyabr 2026 - 14:42
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun “2024-2026-cı illər üzrə Kommunikasiya strategiyası”na uyğun olaraq iqtisadi və daşınmaz...
Read more about İpoteka Fondunda ekspertlərlə görüş keçirilib
Paşinyan nə vaxt vəzifəsindən gedəcəyini açıqladı pasinyan hokm
  • Dünya

Paşinyan nə vaxt vəzifəsindən gedəcəyini açıqladı

User 29 Oktyabr 2026 - 14:35
Türkiyədə Nuhun gəmisi ilə bağlı yeni tapıntı – 9 metr dərinlikdən taxta parçaları çıxarıldı nuh aqridaq01
  • Maraqlı

Türkiyədə Nuhun gəmisi ilə bağlı yeni tapıntı – 9 metr dərinlikdən taxta parçaları çıxarıldı

User 29 Oktyabr 2026 - 14:25
Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini “anti-dövlət sənədi” adlandırdı paşinyan
  • Dünya

Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini “anti-dövlət sənədi” adlandırdı

User 29 Oktyabr 2026 - 14:13
“Dövlət qurumlarında işləmək istəyənlər ən azı 3 ay könüllü olmalıdır” – QHT sədrindən yeni qanun təklifi cesaret
  • QHT

“Dövlət qurumlarında işləmək istəyənlər ən azı 3 ay könüllü olmalıdır” – QHT sədrindən yeni qanun təklifi

User 29 Oktyabr 2026 - 14:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.