Iki təhlükəli məhbus səhvən azadlığa buraxılıb

Londondakı Uondsuort həbsxanasından iki məhbusun səhvən azadlığa buraxıldığı bildirilib. AzPostSky News” kanalına istinadla xəbər verir ki, azad edilənlərdən biri Əlcəzair vətəndaşı olan 24 yaşlı Braim Kaddur-Şerifdir.

Məlumata görə, o, 29 oktyabr tarixində azadlığa buraxılıb. Kaddur-Şerif özgə mənzilinə oğurluq məqsədilə daxil olmaqda və əvvəllər törətdiyi cinsi xarakterli cinayətlərdə ittiham olunaraq həbs edilmişdi. 2019-cu ildə turist vizası ilə Britaniyaya gələn həmin şəxs vizasının müddəti bitdikdən sonra ölkədə qeyri-qanuni şəkildə qalıb.

3 noyabrda isə eyni həbsxanadan daha bir məhbus – 35 yaşlı Uilyam Smit səhvən buraxılıb. O, elə həmin gün Kroyden rayon məhkəməsi tərəfindən dələduzluğa görə təxminən dörd il müddətinə azadlıqdan məhrum edilmişdi. Hazırda hər iki məhbusun axtarışları davam etdirilir.

Ədliyyə orqanları oxşar hadisənin oktyabrın 24-də də baş verdiyini bildiriblər. Həmin vaxt azyaşlıya və qadına qarşı əxlaqsız hərəkətlərə görə məhkum edilmiş Efiopiya vətəndaşı olan qeyri-qanuni miqrant səhvən azad edilmişdi. O, iki gün sonra Londonda saxlanılıb.

Hadisədən sonra Böyük Britaniyanın ədliyyə naziri Deyvid Lemmi həbsxanalarda nəzarətin gücləndiriləcəyini açıqlayıb.

Sky News məlumatına əsasən, 2024-cü ilin martından 2025-ci ilin martınadək Böyük Britaniyada səhvən azad edilən məhbusların sayı 260 nəfəri keçib. Bu göstərici ötən illə müqayisədə 128 faiz artım deməkdir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.