İkinci dəfə çəkilmiş “Təhminə” filmi nə üçün uğursuz olub? –"FOTOXRONİKA"

Yazıçı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsəri əsasında çəkilmiş “Təhminə” filminə yəqin çoxları baxıb. 1993-cü ildə çəkilib.
Rejissor Rasim Ocaqovun quruluş verdiyi film böyük populyarlıq qazanıb.
AzPost “FOTOXRONİKA” layihəsi çərçivəsində bildirir ki, bu əsər əsasında daha bir film də var. 1996-cı ildə çəkilmiş “Beşmərtəbli evin altıncı mərtəbəsi” filmi.
Film üzərində çox məşhur imzalar işləsə də nədənsə film uğur qazanmayıb.
Ssenari müəllifləri Aqil.M.Quliyev və Ülviyyə Könül olub.
Əsas rolları Elxan Cəfərov (Zaur) və Sənubər İsgəndərli (Təhminə) oynayıb.
Filmin quruluşçu rejissoru Ülviyyə Könül olub. Mahnıları Vaqif Səmədoğlu və Cavanşir Quliyev yazıblar.
Filmdə çoxlu tanınmış aktyorlar çəkilib.
Fuad Poladov — Məcid
Gülşad Baxşıyeva — Zivər
Fərhad İsrafilov — Dadaş
Ramiz Novruzov — Muxtar
Gülzar Qurbanova — Mədinə
Nahidə Əliyeva — Firəngiz
Ruslan Nəsirov — Cəmil
Firdovsi Atakişiyev — Spartak
Aleksandr Şarovski — Sergey
Nuriyyə Əhmədova — manikürçü

Əməkdar artist Sənubər İsgəndərli mediaya açıqlamasında 1996-cı ildə yenidən lentə alınan “Beş mərtəbəli evin, altınca mərtəbəsi” filminə çəkilməsindən peşman olduğunu bildirib. Aktrisa efirdə müsahibəsi zamanı “indiki ağlım olsaydı çəkilməzdim. Film istədiyim kimi alınmadı. Ona görə çox peşman oldum” deyib.

Filmi “Murad Sinema Kompani”də  istehsal olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.