İlan meyvəsi nədir və arıqlamaq istəyənlər üçün niyə faydalıdır?

Salak adı ilə tanınan ilan meyvəsi tropik bölgələrdə yetişən və qeyri-adi görünüşü ilə seçilən meyvələrdəndir. Onun tünd, pulcuqlu qabığı ilan dərisini xatırladır və bu səbəbdən belə adlandırılır. AzPost NEWS.ru saytına istinadla xəbər verir ki, salak Asiya ölkələrində uzun illərdir sevilərək istehlak olunur və son dövrlər digər bölgələrdə də maraq doğurmağa başlayıb.

Salak xurma ağacına bənzər bitkilərdə salxım şəklində yetişir. Qabığının altında açıq rəngli, diş sarımsağını xatırladan dilimlərə ayrılmış ətli hissə yerləşir. Dadı növündən asılı olaraq şirin-turş olur, bəzi hallarda alma, ananas və bananı xatırladan ləzzət verir.

Bu meyvə liflə zəngin olduğu üçün həzm prosesini yaxşılaşdırır və uzun müddət toxluq hissi yaradır. Tərkibində C vitamini, B qrupu vitaminləri, kalium, kalsium və dəmir mövcuddur. Salak bədəni zəiflədirən maddələrin təsirini azaltmağa kömək edir və ümumi gümrahlığı artırır. Yağ tərkibinin olmaması və tez doyurması səbəbindən arıqlamaq istəyənlərin qida rasionunda özünə yer tapır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.