İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif edib-TƏCİLİ

Azərbaycan prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif edib.

Azpost.info xəbər verir ki, təklifə əsasən, nəzarət-buraxılış məntəqələri həm Zəngəzur dəhlizinin qurtaracağında, həm də Laçınla Ermənistan sərhədində yaradılmalıdır.

“Əgər sərhədin delimitasiyasından danışırıqsa, o zaman həm Zəngəzur dəhlizinin hər iki qurtaracağında, həm də Laçınla Ermənistanın sərhədində keçid məntəqələri yaradılmalıdır”, – Azərbaycan prezidenti deyib.

Prezident bildirib ki, İrəvan hələlik bu təklifə cavab verməyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.