İlham Əliyev və Paşinyan Münhendə panel müzakirəsində iştirak edəcək

Prezident İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu gün Münhen təhlükəsizlik konfransı çərçivəsində keçiriləcək Cənubi Qafqazda təhlükəsizlik mövzusunda panel müzakirələrdə iştirak edəcəklər. 

Bu barədə Münhen konfransının saytında məlumat verilib.

Panel müzakirələrdə ATƏT-in baş katibi Helqa Mariya Şmidt də iştirak edəcək.

Münhen Təhlükəsizlik konfransının sədri, alman diplomatı Kristof Hoysgen moderator olacaq.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.