İlham Əliyev kresloda oturmaqdan imtina etdi, adi stul gətirilməsini istədi –“Belə şeylərə yol vermək olmaz” (VİDEO)

Prezident İlham Əliyev Tovuz səfərində gənclərlə görüşü zamanı onun üçün qoyulmuş kreslonun adi stulla əvəz edilməsini istəyib.

Azpost.info bildirir ki, bu, dövlət başçısının Tovuza səfəri zamanı ASAN Xidmətin binasını ziyarət edərkən baş verib.

Prezident ASAN xidmət könüllüləri ilə görüşmək üçün zala daxil olub. Dövlət başçısı hazırlanmış yerə keçmək istərkən orada kreslo qoyulduğunu görüb.

İlham Əliyev onun üçün xüsusi kreslo ayrılmasına görə narazılığını bildirib və kreslonun ad stullua əvəzlənməsinə göstəriş verib:  “”Mənə belə xüsusi kreslo qoymusuz, adi stuldan yoxdur? Götürün. Belə şeylərə yol vermək olmaz. Qətiyyən”-deyə dövlət başçısı deyib.

Bundan sonra Prezidentin oturması üçün adi stul gətirilib və İlham Əliyev gönclərlə görüşə başlayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir