İLHAM ƏLİYEV MAKRONUN BRÜSSEL GÖRÜŞÜNDƏ İŞTİRAK TƏKLİFİNİ RƏDD EDİB –"Paşinyan deyib ki, Makron da olsun"

Brüsseldə Ermənistanın Baş naziri Paşinyanla dekabrın 7-nə görüş planlaşdırılmış görüş baş tutmayacaq. 

Azpost.info bildirir ki, bu barədə Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransda bildirib.

Dövlət başçısı bəyan edib ki, bu görüş olmayacaq: “Brüssel görüşü dekabrın 7-də olmalı idi. Amma axşam Hikmət Hacıyev mənə bildirdi ki, onunla Şarl Mişelin ofisindən əlaqə saxlayıblar. Deyiblər ki, Paşinyan Fransa Prezidenti Makronun iştrak edəcəyi təqdirdə görüşə razıdır. Bu o deməkdir ki, görüş olmayacaq”-deyə Prezident bildirib.

 

 

 

Əvvəlki məqalə

Hava pisləşəcək, yağış yağacaq –

Sonrakı məqalə

Çində 80 min çarpayılıq karantin mərkəzi tikilir