İlham Əliyev müxalifətlə Prezident Administrasiyasında keçirilən görüşdən danışdı:“Mənə müntəzəm məruzə edilir, ilkin rəy müsbətdir”

Prezident Administrasiyasının nümayəndələri son vaxtlar demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Mənə bu görüşlər haqqında müntəzəm olaraq məruzə edilir. Bütövlükdə ilkin rəy müsbətdir”.

 Azpost.info bildirir ki, bu sözləri Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin birinci iclasında nitqində son günlər siyasi partiya rəhbərləri ilə keçirilən görüşlərə toxunarkən deyib.

Dövlət başçısı deyib ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır: “Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya – hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir. Bu təşəbbüs heç bir şərt qoymadan həyata keçirilir”.

İ.Əliyev qeyd edib ki, marginallaşmış bir qruplaşma görüşdən imtina edib: ”Bütün dayaqlarını tam itirmiş dərnək tipli qruplaşma bu görüşdən imtina etdi. İmtina edib, indi özü bilər. Hər halda, uduzan biz olmayacağıq”.

Prezidentin sözlərinə görə, Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır: “Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda koronavirusa yoluxmuş 3 nəfər sağalıb –

Sonrakı məqalə

“Məsələlər barədə məlumatı mətbuatdan alırdım, mənə çatmırdı, bəziləri gizlədirdi” –