“Məsələlər barədə məlumatı mətbuatdan alırdım, mənə çatmırdı, bəziləri gizlədirdi” –Prezident

“Mən indi vətəndaşlara ictimai nəzarət haqqında daim müraciət edirəm ki, bu proses yavaş gedir, hələ öyrəşməmişik. Hələ hesab edirik ki, bəli, orada hansısa icra başçısı bir ağadır, xandır, istədiyini edə bilər, insanları qul kimi işlədə bilər, insanlar da buna dözməlidirlər. Deyirəm ki, verin bu məlumatı, göndərin məktubları”.

Azpost.info bildirir ki, bu sözləri Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin birinci iclasında nitqində ictimai nəzarətin təşkili ilə bağlı danışarkən deyib.

Dövlət başçısı bildirib ki, indi Prezident Administrasiyasında tam başqa bir vəziyyət var: “O məktubları əvvəllər bəziləri gizlədirdilər. Əvvəllər kimdən ki, şikayət edirdilər, ona göndərirdilər. O da sonra həmin şikayətçini əzirdi orada. İndi buna son qoyulur. Düzdür, vaxt lazımdır, amma bu, artıq meyildir. Ona görə camaat da ictimai nəzarət işində daha fəal olmalıdır. Bir çox məsələlər haqqında məlumatı əvvəllər mən mətbuatdan alırdım, mənə çatmırdı, gizlədirdilər, malalayırdılar və demək olar ki, bu, böyük çətinliklər yaradırdı”.

Dövlət başçısı vurğulayıb ki, hökumət üzvləri ilə daim təmas olmalıdır: “Prezident Administrasiyasında parlamentlə iş üzrə xüsusi şöbə yaradılıb. Bu, əlbəttə, bir daha onu göstərir ki, biz parlamentin işinə böyük əhəmiyyət veririk”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyev müxalifətlə Prezident Administrasiyasında keçirilən görüşdən danışdı:

Sonrakı məqalə

Buraxılan dərs günləri ilə bağlı yayılan məlumatlar doğru deyil –