Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

İlham Əliyev sammitdə Paşinyanı susdurdu, onun ittihamlarını rədd etdi –

User 25 May 2023 - 19:04 (Last updated: 21 May 2025 - 20:15)
ilham avrasiya cixis

Avrasiya İttifaqının sammitində Ermənistanın Baş naziri Paşinyan Azərbaycana qarşı ittihamlarla çıxış edib. 

Azpost.info bildirir ki, sammitdə qonaq qismində dəvət edilmiş Prezident İlham Əliyev məntiqi ardıcıllıqla Paşinyanın cavabını verib. Paşinyanın Zəngəzur dəhlizi, Laçın dəhlizi barədə iddialarını rədd edən dövlət baçısı Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiasının olmadığını bəyan edib.

 

İ.Əliyev deyib ki, Azərbaycan özünün qanuni ərazisində sərhəd postu quraşıdırıb və bu onun tam haqqıdır. Laçın yolu ilə hərəkətə isə heç bir mane yoxdur. Azərbaycan vətəndaşları olan erməni əhalisi sərbəst şəkildə Ermənistana gedib-gəlir.

“Azərbaycan heç bir dəhlizi bağlamayıb. Laçın-Xankəndi yoluna gəlincə, o açıqdır. Azərbaycanla Ermənistan sərhədində, sizin də tanıdığınız sərhəddə bütün beynəlxalq normalara uyğun olaraq, sərhəd-buraxılış məntəqəsi qurulub. Bu sərhəd-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir”, – Prezident İlham Əliyev qeyd edib.

“Zəngəzur dəhlizinə gəlincə isə, əgər mənim çıxışıma diqqətlə qulaq asdınızsa, orda deyildi ki, Azərbaycan Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb. İstənilən təşəbbüsü irəli sürmək bizim haqqımızdır. Eyni zamanda, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasına cəlb olunan tərəflər və Rusiya tərəfindən dəstəklənir”, – Azərbaycan Prezidenti

Daha sonra Putin çıxış edib. O bildirib ki, Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyünə dair razılığın olması vacibdir, qalanları ikinci dərəcəlidir.

Putin qeyd edib ki, dəhliz, yol terminləri əsas deyil, əsas vacib olan Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyünə dair razılığın olmasıdır, qalan məsələlər ikinci dərəcəlidir.

Azpost.info həmin görüntüləri oxucularına təqdim edir:

 

 

Post navigation

Previous: “Əsas ərazi bütövlüyünə dair razılıqdır, qalanları ikinci dərəcəlidir” –
Next: Dövlət qəzalı binalarla bağlı hansı addımı atacaq? –

Oxşar xəbərlər

erdoqan ceyhun01
  • Baş Yazı

Ərdoğan Ceyhun Bayramovu qəbul edib

User 30 Oktyabr 2026 - 17:51
aqrar sahə
  • Baş Yazı

Fermer niyə az qazanır, ərzaq niyə bahadır? – Aqrar sahənin problemləri

User 29 Oktyabr 2026 - 18:48
ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə getməyəcək

User 29 Oktyabr 2026 - 16:12

xƏBƏR

video telefon 1960
  • Maraqlı

60 il əvvəl İlk video telefon belə görünürdü – İlk aparatın 100 illik sirri / FOTOXRONİKA

User 31 Oktyabr 2026 - 12:43
Bu gün Zoom, Skype, FaceTime və WhatsApp vasitəsilə dünyanın istənilən nöqtəsində olan insanla görüntülü danışmaq adi hala...
Read more about 60 il əvvəl İlk video telefon belə görünürdü – İlk aparatın 100 illik sirri / FOTOXRONİKA
Azərbaycanda xalça istehsalı 61 dəfədən çox artıb xalca sexi
  • Sosial

Azərbaycanda xalça istehsalı 61 dəfədən çox artıb

User 31 Oktyabr 2026 - 12:16
Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə polsa mitinq
  • Dünya

Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə

User 31 Oktyabr 2026 - 11:00
“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov tofiq zülfüqarov
  • Siyasət

“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov

User 31 Oktyabr 2026 - 10:48
Tramp 150-dən çox əfqanı deportasiya edir miqrantefqan
  • Dünya

Tramp 150-dən çox əfqanı deportasiya edir

User 31 Oktyabr 2026 - 10:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.