İlham Əliyev yenidən prezident seçilən Matterellanı təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə Sercio Mattarellaya təbrik məktubu göndərib.

Məktubda deyilir: “İtaliya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

Azərbaycan-İtaliya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edəcək ölkələrimiz arasında dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığımız daim inkişaf edir”.

Dövlətimizin başçısı bildirib ki, Azərbaycanın əsas ticarət tərəfdaşı olan İtaliyanın şirkətləri ölkəmizin iqtisadi həyatında fəal iştirak edir, eyni zamanda, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması işlərinə yaxından cəlb olunublar.

“İnanıram ki, Azərbaycan ilə İtaliya arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə bundan sonra da uğurla davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir