Ermənistan baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla telefon danışığı zamanı Azərbaycan lideri İlham Əliyevlə təcili müzakirələrə hazır olduğunu bəyan edib.
Azpost.info xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Makronun sözlərinə görə, onlar sərhəddəki gərginliyin azaldılmasını müzakirə edə bilərlər.
“Baş nazir Paşinyan Azərbaycan prezidenti ilə gərginliyin azaldılması istiqamətində təcili müzakirələr aparmağa hazır olduğunu bildirib”, – məlumatda deyilir.
Danışıqlar zamanı Makron və Paşinyan Qarabağla bağlı məsələləri və Ermənistan-Azərbaycan dövlət sərhədində gərginliyin artması tendensiyalarını müzakirə ediblər. Makron gərginliyin azaldılmasının vacibliyini vurğulayıb, bölgədə sülh və sabitliyin bərqərar olması üçün səyləri dəstəkləməyə hazır olduğunu bildirib.
Azpost.info