İlham Əliyevə təqdim olunan JF-17C təyyarələri –FOTO

Sentyabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri təqdim olunub.

Bu təyyarələr artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib.

Açıqlanan nəlumatlara görə, Pakistan Azərbaycana JF-17C  döyüş təyyarələrinin ixracı üçün 1,6 milyard dollarlıq müqavilə imzalayıb. Müqavilə çərçivəsində Azərbaycan Pakistandan 8 ədəd JF-17C Blok-III təyyarəsi, o cümlədən sursat, o cümlədən “hava-yer” raketləri alıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.