İlham Əliyev 92.05 faiz səs toplayıb –MSK-dan RƏSMİ AÇIQLAMA

Mərkəzi Seçki Komissiyası Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

MSK-nın açıqladığı ilkin nəticələrə əsasən, İlham Əliyev liderdir. O, seçicilərin 92.10 faiz səsini qazanıb. İlkin nəticələrə görə, 2 milyon 497 min 542 nəfər İlham Əliyevə səs verib.

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc 2,20 faiz – (59 719 səs )

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,79 – (21 406 səs)

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 1,99 faiz – (53 986 səs)

Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,66 – (17 855 səs)

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,78 faiz (48 315 səs).

Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev 0,8 faiz – (12 981 səs).

MSK sədri Məzahir Pənahovun sözlərinə görə, bu nəticələr 3531 məntəqədən daxil olub. Bu məntəqələrdə etibarlı hesab edilmiş səslərin sayı 2 milyon 711 min 804-ə bərabərdir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.