İlham Əliyev “Carlsberg Group”un Baş icraçı direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davosda “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru Yakob Aarup-Andersen ilə görüşüb.

Söhbət zamanı tam yerli xammal əsaslı məhsulun buraxılması istiqamətində artıq bir sıra layihələrin həyata keçirildiyi qeyd edildi.

Bu xüsusda İmişlidə pivə istehsalında əsas xammal hesab olunan arpanın emalı müəssisəsinin fəaliyyətinə toxunuldu. Gələcəkdə isə qablaşdırma materiallarının istehsalının da tam lokallaşdırılacağı bildirildi.

Yakob Aarup-Andersen “Carlsberg Group”un Azərbaycanda istehsal etdiyi məhsulun ixracının 2025-ci ildə əhəmiyyətli dərəcədə artdığını vurğuladı.

Görüşdə Azərbaycanda xarici investorlar üçün yaradılmış şəraitdən məmnunluq ifadə olundu.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.