İlham Əliyev Kahramanmaraşda Azərbaycan məhəlləsinin açılışını edəcək

Yaxın vaxtlarda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Kahramanmaraşda Azərbaycanın zəlzələdən zərərçəkənlər üçün tikdiyi məhəllənin açılışı olacaq.

APA xəbər verir ki, bu barədə Türkiyə səfiri Birol Akgün səfirliyin jurnalistlər üçün keçirilən səhər yeməyində məlumat verib.

Səfir qeyd edib ki, dəqiq tarix hələ bəlli deyil.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.